AHHA

HAQQIMIZDA


 
Missiyamız:
  • Azərbaycan daxilində və xaricdə digər tibbi təşkilatlar arasında elmi və kliniki təcrübə mübadiləsini həyata keçirmək.
  • Azərbaycanda ürək-damar xəstəliklərinin diaqnostikası və müalicəsi üzrə standartlar təyin etmək.
  • Azərbaycanı ürək-damar xəstəlikləri sahəsində beynəlxalq səhiyyə aləmində təmsil etmək
  • Ürək-damar xəstəlikləri üzrə rəhbər tövsiyə və kliniki protokollar hazırlamaq və bu istiqamətdə elmi tədqiqatlar aparmaq.   
  • Azərbaycan Ürək Xəstlikləri Jurnalı vasitəsilə mütəxəssislər arasında bilik mübadiləsinə imkan yaradaraq ürək-damar xəstəlikləri üzrə elmi-tədqiqat işlərinə dəstək olmaq. 
Məqsədimiz:
  • Tibb elminin ürək və damar xəstəlikləri sahəsinin inkişafına kömək etmək;
  • Ürək və damar xəstəlikləri sahəsində çalısan mütəxəssislər arasında əlaqələrin yaranmasına və inkişaf etməsinə kömək etmək;
  • Azərbaycanda mövcud olan ürək və damar xəstəlikləri problemlərini və onların səbəblərini araşdırmaq;
  • Ürək və damar xəstəlikləri sahəsində elmi-tədqiqat işləri aparmaq:
  • Ürək və damar xəstəlikləri sahəsində çalışan istedadlı tibb xadimlərinin, elmi-pedaqoji işçilərin, tələbələrin inkişaf etmələrinə yardım göstərmək;
  • Öz üzvlərini, yüksək intellektə, bacarığa malik olan və ürək-damar cərrahiyyəsi sahəsində çalışan tibb işçilərini ixtisaslarını artırmaq üçün xarici ölkələrə göndərmək;
  • Birlik üzvlərinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması üçün tədbir görmək;
  • Birlik üzvlərinin hüquqlarının qorunmasına və maraqlarının müdafiə edilməsinə kömək etmək;
  • Ölkədə və xaricdə ürək və damar xəstəlikləri sahəsində həyata keçirilən tədbirlərdə iştirak etmək;
  • Tibb sahəsində fəaliyyət göstərən milli və beynəlxalq təşkilatlarla birgə layihələrin həyata keçirilməsində iştirak etmək;
  • Xəstəliklərin profilaktikası məqsədilə əhali arasında maarifləndirmə işləri aparmaq:
  • Aztəminatlı xəstələrə müalicələrində köməklik göstərmək:
  • Əlillər və şəhid ailələri üçün iş yerlərinin təşkilinə, onların sosial problemlərinin həllinə kömək etmək:
  • Xeyriyyəçiliklə məşğul olmaq.