30 Sentyabr -05 Oktyabr tarixləri arasında Qazaxıstanın paytaxtı Astana şəhərində I Milli Kardiocərrahlar Konqressi keçirlmişdir. Konqresdə İctimai birliyimizdən Rəşad Mahmudov, Hzəbib Yüzbaşiyev, Ermanno Mazza, Vüsal Məmmədov və Natiq Məmmədov iştirak etmişdir.
Konqresdə mərüzə ilə çıxış edən həkimlərimiz ürək-damar xəstəlikləri sahəsində olan yeniliklər barəsində çəlumat vermişlər. Konqresin keçirildiyi yerdə İctimai Birliyimizin stendi qurulmuş, Azərbaycanın və İctimai birliyimizin tanıtıcı materialları paylanılmışdır.